Con Bolton açıqladı: "Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edilib"
ABŞ prezidenti Donald Tramp qızıl ehtiyatları ilə bağlı əməliyyatların əngəllənməsi də daxil olmaqla, Venesuelaya qarşı yeni sanksiyaların tətbiq edilməsi barədə fərman imzalayıb. RİA "Novosti" xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib.
"Yeni sanksiyalar Venesuelanın korrupsiyalaşmış iqtisadiyyat sektorunda işləyən qruplara aid olacaq və onların oğurlanmış sərvətlərə yolunu bağlayacaq. Qadağalar Venesuelanın korrupsiyaya bulaşmış və fırıldaqçı qızıl sahəsi ilə bağlı subyekt və qruplarla ABŞ vətəndaşlarının transaksiyasının qarşısını alacaq", — deyə Bolton Mayamidə çıxışı zamanı bildirib.
Bundan əvvəl ABŞ-ın Venesuelanın qızıl ixracını məhdudlaşdırmaq üçün bu ölkəyə qarşı sanksiya tətbiq etməyə hazırlaşdığı məlumat verilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB