BMT ABŞ-ı Kubaya qarşı embarqoya son qoymağa çağırıb

BMT ABŞ-ı Kubaya qarşı embarqoya son qoymağa çağırıb

BMT Baş Assambleyası ABŞ-ı Kubaya qarşı tətbiq etdiyi embarqoya son qoymağa çağırıb. TASS agentliyi xəbər verir ki, bu, qurumun qəbul etdiyi sayca 27-ci qətnamədir.

Sənəd 189 dövlətin səsi ilə qəbul edilib. Qətnaməyə ABŞ-ın təqdim etdiyi düzəlişlər qəbul olunmayıb. Xatırladaq ki, ABŞ 50 ildir Kubaya qarşı embarqo tətbiq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə