Əfqanıstanda helikopter qəzaya uğrayıb - 20 nəfər ölüb

Əfqanıstanda helikopter qəzaya uğrayıb - 20 nəfər ölüb

Əfqanıstanın qərbindəki Fərah vilayətində ölkənin Silahlı Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 20 nəfər ölüb.

Əfqanıstan Silahlı Qüvvələrinin nümayəndəsi Nəciballa Nəcibininsözlərinə görə, helikopterin göyərtəsində olanlardan heç kim sağ qalmayıb.

Məlumata görə, göyərtədə hərbçilər və vilayət şurasının üzvləri olublar.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə