Venesiya batır

İtaliyada sel və güclü küləklər suyun səviyyəsinin 156 santimetrədək artmasına səbəb olub. SİA İtaliya mətbuatına istinadən xəbər verir ki, Venesiyanın daşqına məruz qalmış ərazilərində suyun səviyyəsi bir metrdən çox artıb. Fövqəladə vəziyyətlə əlaqədar Venesiyanın əsas nəqliyyat növü olan paroxodların hərəkəti dayandırılıb.

İtaliyanın digər şəhər və əyalətlərində güclü küləyin ağacları aşırması nəticəsində 9 nəfər ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə