Angela Merkelin Ukrayna səfərindən gözləntilər

Angela Merkelin Ukrayna səfərindən gözləntilər

Almaniya kansleri Angela Merkel noyabrın 1-də Ukraynaya səfər edəcək. SİA Ukrayna Prezidentinin saytına istinadla xəbər verir ki, Petro Poroşenko Angela Merkellə Ukraynanın Avropa İttifaqı və NATO-ya inteqrasiyasını müzakirə edəcək. Həmçinin tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi müzakirə olunacaq. Görüşdə Ukrayna və Avropa İttifaqının enerji təhlükəsizliyi məsələsi də əsas müzakirə mövzularındandır.

Qeyd edək ki, bu, A.Merkelin son dörd ildə Ukraynaya ikinci səfəri olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə