Kəskin hava şəraiti İtaliyada həyatı iflic edib - 9 nəfər ölüb

Kəskin hava şəraiti İtaliyada həyatı iflic edib - 9 nəfər ölüb

İtaliyada iki gündür ki davam edən kəskin hava şəraiti ilə əlaqədar 9 nəfər həlak olub. SİA-nın məlumatına görə, ümumilikdə 6 vilayət ərazisində “qırmızı həyəcan” verilib.

Paytaxt Romada, Neapolda, eləcə də ölkənin şimalındakı Genuya və Venesiyada məktəblər bağlanıb. Romada çoxlu sayda ağac qırılıb.

Genuya hava limanı qeyri-müəyyən müddətədək bağlanıb. Liquriya vilayətində limanların fəaliyyəti dayandırılıb.

Həmin bölgələrdə kəskin hava şəraitinin növbəti bir-iki gün ərzində davam edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə