Nəcməddin Ərbakanın oğlu partiya yaradır

Nəcməddin Ərbakanın oğlu partiya yaradır

Türkiyənin keçmiş Baş naziri, mərhum Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakan yeni siyasi partiya quracağını açıqlayıb. “Report” “Mynet”ə istinadən xəbər verir ki, o, bu barədə oktyabrın 29-da Respublika günü münasibətilə “Twitter” səhifəsində yazıb.

F.Ərbakan “Yenidən böyük Türkiyə, yeni bir dünya” hədəflərinə çatmaq məqsədilə 2018-ci il noyabrın 23-də yeni siyasi partiyanın quruluşunu bəyan edəcəklərini bildirib.

Qeyd edək ki, Nəcməddin Ərbakan 1996-1997-ci illərdə Türkiyənin 33-cü Baş naziri olub. O, 1926-cı il oktyabrın 29-da Türkiyənin Sinop şəhərində adanalı Oğuz türklərinin Avşar elindən Kozanoğullarına mənsub Məhmət Səid Ərbakanın ailəsində dünyaya gəlib. 2011-ci il fevralın 27-də Türkiyədə vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə