Etiraf: “Gürcüstanda çox şeyi dəyişmək lazımdır”

Etiraf: “Gürcüstanda çox şeyi dəyişmək lazımdır”

“Gürcüstanda qısa vaxt ərzində çox şeyi dəyişmək lazımdır”. Bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze ötən gün keçirilmiş prezident seçkilərinin nəticələrini şərh edərkən deyib.

O, hakimiyyətin cəmiyyətdən dəqiq mesaj aldığını bildirib: “Biz Gürcüstan cəmiyyətindən səhvlərimiz və konkret problemlərlə bağlı gözləntilər və insanları narahat edən problemlərlə bağlı dəqiq mesaj aldıq. Bu seçkilər göstərdi ki, ölkədə çox şeyi qısa vaxt ərzində dəyişmək lazımdır. Cəmiyyətin mesajı qəbul olunub və dərk edilib”.

M.Baxtadze vurğulayıb ki, prezident seçkilərinin ikinci turunda bütün tərəfdarların maksimal səfərbərliyi təmin ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə