Mədəndə ölənlərin sayı 21-ə çatdı

Mədəndə ölənlərin sayı 21-ə çatdı

Çinin şərqində yerləşən Şandun əyalətində kömür mədənlərindən birində baş verən dağıntı nəticəsində ölənlərin sayı 21 nəfər çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan əvvəl 19 nəfərin öldüyü deyilirdi.

Qeyd edək ki, kömür mədənində dağıntı oktyabrın 20-də gecə saatlarında baş vermişdi. Hadisə baş verən zaman mədəndə 334 nəfər olub. 321 nəfər təcili şəkildə yer altından çıxa bilsə də, 22 nəfər hadisədən canını qurtara bilməyib. Nəticə etibarı ilə yalnız 1 nəfəri xilas etmək mümkün olub.

Çinin dövlət agentliyinin yaydığı məlumata görə, bu gün hökumət itkin düşən iki nəfərin də ölümünü təsdiqləyib.

Xilasedicilər fəaliyyətlərinə yekun vurublar. Lakin hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırma davam etməkdədir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə