Əfqanistandakı ABŞ ordusu yerli əhaliyə günəş enerjisi ilə işləyən minlərlə batareyasız radio cihazları paylayıb. SİA-nın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bundan əvvəl isə ABŞ Əfqanıstanda radio stansiyası qurub.
Paylanılan radio cihazlarının təxminən 15 min olduğu deyilir. Bir neçə min radio cihazının kənd, şəhər və dağlıq ərazilərdə gələcəkdə də paylanması nəzərdə tutulur. ABŞ "FM" və "Orta Dalğa" radio dalğaları ilə "Azad Avropa", "BBC", "Amerikanın Səsi" " və digər radio kanallarının verilişlərini Əfqanıstanda yayımlayır. Saytın tazdığına görə, ABŞ Əfqanıstanda apardığı müharibənin əsas vasitələrindən biri olaraq bu radio kanalları vasitəsilə qarşılaşdığı problemləri həll etməsinə ümid edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB