Rumıniyada güclü zəlzələ olub

Rumıniyada 5,6 bal gücündə zəlzələ baş verib. SİA-nın verdiyi məlumata görə, zəlzələ bazar günü Kovasna dairəsinin Komandau kommunasından 12 km cənub-şərqdə qeydə alınıb. Yeraltı təkanların ocağı 148 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə