Camal Qaşıqçının nişanlısı onun öldürülməsindən danışıb

Camal Qaşıqçının nişanlısı onun öldürülməsindən danışıb

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülən jurnalist Camal Qaşıqçının nişanlısı, Türkiyə vətəndaşı Hatice Cengiz ilk dəfə televiziyaya müsahibə verib. “Report” “Haberturk” telekanalına istinadən xəbər verir ki, “Ərəb baharı” zamanı ərəb dilini bildiyi üçün bu dildə danışan ölkələrin mədəniyyətlərini araşdırmağa başladığını deyən Hatice Cengiz müsahibəsində Camal Qaşıqçı ilə tanışlığının tarixindən danışıb.

O, Türkiyə qanunları əsasında rəsmi şəkildə evlənmək istədikləri və bunun üçün Baş Konsulluğa baş çəkməyin vacib olduğunu söyləyib. Bu zaman Camal Qaşıqçı telefonu və komputerini ona verib. Nişanlısı Konsulluğun binasından çıxmayanda narahat olub. Məsələ ilə bağlı dostlarına, KİV-ə və polisə məlumat verib.

H.Cengiz indiyədək Səudiyyə Ərəbistanından heç bir rəsminin onu aramadığını və başsağlığı verilmədiyini söyləyib. O, jurnalistin “Camal Qaşıqçının meyiti tapılarsa, onu ziyarət edəcəkmi” sualına belə cavab verib: “Ziyarət edəcəyimi zənn etmirəm. Bunun həm uyğun olmadığını, həm də reallaşdıra biləcəyimi düşünmürəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə