Yunanıstanda sabiq nazir korrupsiyaya görə həbs edilib

Yunanıstanda sabiq nazir korrupsiyaya görə həbs edilib

Yunanıstan məhkəməsi ölkənin sabiq müdafiə naziri Yannos Papantoniuya və onun həyat yoldaşı Stavrula Kurakana korrupsiya və pulların yuyulması ittihamı üzrə həbs qərarı çıxarıb. AZƏRTAC xəbər verir ki, Y. Papantoniu 15 il əvvəl - 2003-cü ildə Yunanıstan hərbi dəniz qüvvələrinə məxsus 6 hərbi gəminin təkmilləşdirilməsi üçün “Thales Nederland B.V.” şirkəti ilə imzalanmış müqavilədə buraxdığı səhvlər və korrupsiyada günahlandırılır. Stavrula Kurakan isə pulların yuyulmasında günahlandırılır.

Hakim qərarını elan etdikdən sonra sabiq müdafiə naziri və xanımı Attika polis bölməsinə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə