Miqrantlar Bosniya və Herseqovina sərhədini zorla keçərək Xorvatiyaya üz tutublar
Miqrantlardan ibarət böyük bir qrup polisə müqavimət göstərərək zorla Bosniya və Herseqovina sərhədini keçib və Xorvatiyaya tərəf üz tutub.
AZƏRTAC HRT televiziyasına istinadla xəbər verir ki, Xorvatiya ilə sərhəddə yerləşən Bixaç şəhərində aylardır çoxlu sayda miqrant toplaşır. Onların çoxu Yaxın Şərq və Şimali Afrikadan gələnlərdir. Miqrantların əsas məqsədi Avropa İttifaqı ölkələrinə daxil olmaqdır. Sərhədə Xorvatiya xüsusi təyinatlıları göndərilib. Bosniya polisi Bixaça qatarla gələn daha 99 miqrantı saxlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB