Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 28-də keçiriləcək prezident seçkilərinə tam hazırdır.
Bu barədə Gürcüstan MSK məlumat yayıb. Məlumatda bildirilir ki, Tbilisidə fəaliyyət göstərən 6 mətbəədə bülletenlərin çapına başlanılıb və ümumilikdə, 3 milyon 252 min 800 bülleten çap olunacaq. Bülletenlər Azərbaycan və erməni dillərində də çap ediləcək.
Ümumilikdə isə 3 milyon 518 min 89 seçici qeydə alınıb. Prezidentlik kürsüsü uğrunda MSK-da 25 namizəd qeydə alınıb. Lakin onlardan ikisi öz namizədliyini digər bir namizədin xeyrinə geri götürüb. Buna baxmayaraq, həmin namizədlərin adları seçki bülletenlərində qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB