Kanadanın qərb sahillərində 6,6 bal gücündə zəlzələ baş verib. SİA-nın verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Geologiya Xidməti (USGS) məlumat yayıb.
Zəlzələnin episentri Britaniya Kolumbiyası əyalətindəki Vankuver adasının qərb sahillərində yerləşən Tofino rayonundan 260,4 km şərqdə yerləşib. Yeraltı təkanlar 11 km dərinlikdə qeydə alınıb.
Daha sonra 6.8 bal gücündə ikinci zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Britaniya Kolumbiyası əyalətindəki Port-Xardi yaşayış məntəqəsindən 197 km cənub-qərbdə yerləşib.
Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB