Xorvatiya Avropada şirkətlərin müflisləşməsində birinci yeri tutur

Xorvatiya Avropada şirkətlərin müflisləşməsində birinci yeri tutur

Xorvatiya Mərkəzi və Şərqi Avropada müflis olan şirkətlərin faizinə görə birinci yerdədir. “İntellinews” biznes xəbər portalının məlumatına əsasən, Xorvatiyada bu rəqəm 40,1 faiz təşkil edir. Region ölkələrində ümumi iqtisadi göstəricilər inkişaf etməyinə baxmayaraq, şirkətlərin müflisləşməsi 6,4 faiz artıb. Keçən il bu göstərici 6 faiz, 2015-ci ildə isə 14 faiz azalıb.

Xorvatiyadan sonra şirkətlərin ən çox müflisləşdiyi ölkələr Polşa, Macarıstan və Serbiyadır. Bu göstərici ətraf ölkələrə də öz mənfi təsirini göstərməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə