Gürcüstanda 3,5 milyon seçici var

Gürcüstanda 3,5 milyon seçici var

Gürcüstanın Dövlət Xidmətlərinin İnkişafı Agentliyi ölkə üzrə seçicilərin siyahısını dəqiqləşdirib. SİA xəbər verir ki, ilkin hesablamalara görə, hazırda Gürcüstanda 3 milyon 558 min 437 nəfər potensial seçici var.

Agentliyin rəhbəri Soso Qiorqadze bildirib ki, siyahı Gürcüstan Mərkəzi Seçki Komissiyasına təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə