"Moskva qarşılıqlı olaraq Vaşinqtonla viza müharibəsinin dayandırılmasına hazırdır". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Rusiyadakı səfiri Anatoli Antonov deyib.
"Biz viza müharibəsini qarşılıqlı şəkildə dayandırmağa hazırıq. Biz haqlı olduğumuz halda, buna cavab vermək məcburiyyətindəyik. Səmərəsiz nəticə bizə lazım deyil", - deyə səfir qeyd edib.
Bundan öncə bildirilirdi ki, ABŞ-ın Moskvadakı səfirliyinin viza üzrə müşaviri Maykl Yoder iki ölkə tərəfindən təqdim edilən sənədlərlə bağlı Rusiyaya "dostluq müsabiqəsi" təklif edərək Moskva tərəfindən təqdim edilən sənədlərin sayının iki dəfədən çox artırılmasına söz vermişdi. O bildirmişdi ki, əsas məsələ müsabiqədə uğur qazanmaq deyil. Hər iki ölkəyə gələn turistlərin sayının artması hamının qələbəsi sayıla bilər.
Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova da öz növbəsində məsələyə münasibət bildirərək, hər iki ölkə vətəndaşlarının viza məsələsi ilə bağlı müvafiq mesajlarının müzakirə ediməsi və bu əsasda ümumi təkliflərin hazırlanmasını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB