Çindən 5 ölkəyə xəbərdarlıq

Çin Xarici İşlər Nazirliyi ABŞ, Avstraliya, Yeni Zelandiya, İngiltərə və Kanadaya xəbərdarlıq edib. Çinə qarşı kəşfiyyat əməkdaşlığı qurduğu iddia edilən bu ölkələrdən “soyuq savaş” düşüncəsindən əl çəkmələri istənilib:

“Bütün tərəflərin artıq dəbi keçmiş olan “soyuq savaş” zehniyyətindən əl çəkmələrini və qalibi olmayan oyunları tərk etmələrini ümid edirik”.

Çin XİN-in sözçüsü Lu Kanq həmin ölkələrə tərəfsiz, düzgün, məntiqli baxış tərzinə əsaslanaraq qarşılıqlı etibarı möhkəmləndirməyə çalışmalarını, sülh və sabitliyə dəstək vermələrini məsləhət görüb.

Bütün xəbərlər Facebook səhifəmizdə