Slovakiyada V4 sammiti keçirilir

Vısokiye Tatrıda Vışeqrad dördlüyünün (V4 – Çexiya, Slovakiya, Polşa, Macarıstan) ikigünlük sammiti işə başlayıb. AZƏRTAC xəbər verir ki, bu dəfə illik sammitə yayın əvvəllərindən V4-ə sədrlik edən Slovakiya ev sahibliyi edir. Görüşdə Avropada aktual vəziyyət, sosial siyasət, əhalinin qocalması və qaraçı azlığın problemləri müzakirə olunacaq.

Çexiya Prezidentinin mətbuat katibinin sözlərinə görə, Miloş Zeman sammitdə V4-ün miqrasiya məsələlərində rolunu və vahid mövqeyini dəyərləndirib və Vışeqrad dördlüyünün üzvlərini bu birliyin bundan sonra da qorunmasına səsləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə