ABŞ: "İran Avropada terrorizmi dəstəkləyir"

ABŞ: "İran Avropada terrorizmi dəstəkləyir"

ABŞ dövlət katibi Mayk Pompeo İranı Avropada terrorizmi dəstəkləməkdə ittiham edib. “Report” “RİA Novsti”yə istinadən xəbər verir ki, o, Almaniya hökumətinin bu il iyunun 30-da Fransanın Vilpen şəhərində keçirilməsi nəzərdə tutulan konfrans zamanı terror aktı hazırlamaqda şübhəli bilinən 46 yaşlı iranlı diplomat Əsədullah Əsədini oktyabrın 9-da Belçikaya ekstradisiya etdiyini də xatırladıb.

“Bu sui-qəsdin miqyası bizə İranın dünyadakı terrorizmin əsas sponsoru olduğunu xatırladır. Həmçinin bu sui-qəsd İranın bütün Avropada da terrorizmə dəstək verdiyini üzə çıxarır. Biz İranın bütün dünya boyu dəstəklədiyi terrorizmin törətdiyi təhlükəni aşkar etməklə və ona qarşı mübarizədə avropalı müttəfiqlərimzi dəstəkləyirik”, - ABŞ dövlət katibi bildirib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin hesabatına görə, İran son 6 ildə terrorçuluğun maliyyələşdirilməsinə və Suriyadakı Bəşşar Əsəd rejiminə 16 milyard dollar xərcləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə