19 nəfər ölüm cəzasına məhkum edilib

19 nəfər ölüm cəzasına məhkum edilib

Dəkkə məhkəməsi 2004-cü ilin avqust ayında qumbaralardan istifadə olunmaqla törədilən hücumla bağlı Banqladeşin sabiq daxili işlər naziri Lutfozzaman Babarı və daha 18 nəfəri edam cəzasına məhkum edib. SİA xarici mətbuata istinadla xəbər verir ki, “Dhaka Tribune” qəzetinin yaydığı məlumata görə, söhbət Banqladeşin paytaxtında 24 nəfərin, o cümlədən “Awami League” partiyasının lideri Ayvi Rahmanın ölümü ilə nəticələnən hücumdan gedir. Həmçinin hücum zamanı o dövrdə müxalifət lideri olan, hazırda Banqladeşin baş naziri postunu tutan Şeyx Hasinin də aralarında olduğu 500-ə yaxın insan yaralanmışdı.

Məhkəmənin hökmünə əsasən, daha 18 nəfər, o cümlədən Banqladeş Milli Partiyasının hazırkı lideri Tariq Rəhman ömürlük həbs cəzasına məhkum olunub. Rəhman 1991-1996 və 2001-2006-cı illərdə Banqladeş hökumətinə rəhbərlik edən və hazırda həbsdə olan Xalid Ziyanın oğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə