15 yaşlı qız dostunun özünü öldürməsinə dözə bilməyib və intihar edib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, Adanada 15 yaşlı şagird S.Ö xəstə olduğunu bildirib və müəllimindən icazə alıb, evə gedib. Daha sonra isə uşaq 11-ci mərtəbədən özünü ataraq intihar edib.
Hadisə yerinə gələn polis evə daxil olanda məktub tapıblar. Məktubda "Məni dayımın qoynunda basırın, haqqınızı halal edin” sözləri yazılıb. İddiaya görə, hadisə baş verən zaman 15 yaşlı qızın ailəsi evdə olmayıb.
Araşdırma zamanı məlum olub ki, o, yaxın rəfiqələrinə Kayra adlı dostunun intihar etdiyini və bunun üçün çox kədərli olduğunu söyləyib.
Polis intihardan öncə 15 yaşlı qız rəfiqəsi ilə telefonda danışıb. O, rəfiqəsinə çox kədərli olduğunu və yaşamaq istəmədiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB