Əfqanıstanda partlayış baş verib ölən və yaralananlar var

Əfqanıstanda partlayış baş verib ölən və yaralananlar var

Əfqanıstan parlamentinə namizədin seçki qərargahında baş vermiş partlayışda azı 3 nəfər ölüb, daha 5 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkənin cənubundakı Hilmənd əyalətinin Laşkargah şəhərində baş vermiş hadisə zamanı deputatlığa namizəd də yaralanıb.

Təhlükəsizlik qüvvələri əməkdaşları hadisə yerinə giriş-çıxışı bağlayıb və ölənlərlə yaralananların evakuasiyasını həyata keçirirlər.

Qeyd edək ki, Əfqanıstanda oktyabrın 20-nə planlaşdırılan parlament seçkiləri 2016-cı ildə keçirilməli olsa da, ölkədəki qeyri-sabit vəziyyətlə əlaqədar iki illik müddətə təxirə salınmışdı.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə