Rusiyada 6,4 bal gücündə zəlzələ

Rusiyada 6,4 bal gücündə zəlzələ

Rusiyaya məxsus Kuril adalarında 6,4 bal gücündə zəlzələ meydana gəlib. SİA xəbər verir ki, yeraltı təkanlar nəticəsində ölən və yaralılar barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, 1200 kilometr uzanan Kuril adası Sakit Okeanla Oxot dənizini bir-birindən ayıran 56 adadan ibarətdir. Ada vulkan mənşəli olduğu üçün tez-tez zəlzələlər baş verir. Burada əsasən, ruslar, ukraynalılar, belaruslar, koreyalılar və tatarlar yaşayırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə