Türk ordusu 9 PKK-çını məhv etdi

Türk ordusu 9 PKK-çını məhv etdi

Türkiyə hərbi hava qüvvələrinin İraqın şimalında apardığı anti-terror əməliyyatları nəticəsində 7-8 oktyabr tarixlərində PKK terror qrulaşmasının 9 üzvü məhv edilib. SİA xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin baş qərargahı bəyanat yayıb.

“7-8 oktyabrda İraqın şimalındakı Zap və Avaşin-Basyan rayonlarında həyata keçirdiyimiz hava əməliyyatları nəticəsində bizim hərbi bazalarımıza hücuma hazırlaşan PKK separatçı terror təşkilatının 9 üzvü zərərsizləşdirilib” - bəyanatda deyilir.

Qeyd edək ki, Türkiyə 2015-ci ilin iyulundan PKK-ya qarşı başlatdığı anti-terror əməliyyatlarında bu qruplaşmanın ümumilikdə 10 mindən çox silahlısını məhv edib.

Bütün xəbərlər Facebook səhifəmizdə