Ukraynada NATO təlimləri başlayıb

Ukraynada NATO təlimləri başlayıb

Ukrayna Müdafiə Nazirliyi ölkə ərazisində NATO-nun çoxmillətli qüvvələrinin iştirakı ilə aviasiya təlimlərinin başlandığını elan edib. SİA Ukrayna KİV-nə istinadən xəbər verir ki, “Təmiz səma-2018” adını alan təlimlər oktyabrın 8-dən 19-na qədər davam edəcək.

Təlimlər Xmelnitski və Vinnitsk vilayətlərində keçirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə