İndoneziyada zəlzələ və sunami nəticəsində həlak olanların sayı 1763 nəfərə çatıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə İndoneziyanın təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə milli idarəsi məlumat yayıb.
Xatırladaq ki, sentyabrın 28-də Mərkəzi Sulavesi əyalətində 7,4 bal gücündə zəlzələ və sonrakı iki sutka ərzində 170-ə yaxın yeraltı təkan baş verib. Zəlzələdən sonra Palu şəhərini iki metr hündürlüyündə sunami vurub. Ölənlərin sayının artacağı istisna olunmur.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB