ABŞ-ın dövlət katibi Mayk Pompeonun Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfəri başlayıb. SİA-nın verdiyi məlumata görə, bir günlük səfər zamanı M.Pompeo KXDR lideri Kim Çen In ilə görüşərək Şimali Koreyanın nüvə silahı proqramının dayandırılması və yarımadada sülhün təminatı məsələsini müzakirə edəcək.
ABŞ dövlət katibi Pxenyandan sonra Cənubi Koreyaya və Çinə səfər edəcək, KXDR səfərinin nəticələrinə dair müzakirələr aparacaq.
Qeyd edək ki, bu, M.Pompeonun Şimali Koreyaya 4-cü səfəridir. Budəfəki səfər zamanı ABŞ və KXDR liderlərinin növbəti görüşünə hazırlıq məsələsinin də müzakirə olunacağı güman edilir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB