Yaponiyada 5.1 bal gücündə zəlzələ olub

Yaponiyada 5.1 bal gücündə zəlzələ olub

Yaponiyanın mərkəzi preferekturası Aytidə 5.1 bal gücündə zəlzələ baş verib. SİA-nın verdiyi məlumata görə, bu barədə Yaponiya Milli Meteoroloji İdarəsi bildirib.

Yeraltı təkanların episentri Sakit okeanın yaxınlığında prefekturanın şərqində, ocağı isə 40 km dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur. Yeraltı təkanları Honsü adasının 12 prefektura sakini hiss edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə