Amerikalı ekspert: “Türkiyə və İran Azərbaycanı İsraildən ayırmaq istəyir"

Amerikalı ekspert: “Türkiyə və İran Azərbaycanı İsraildən ayırmaq istəyir"

İsrailin baş naziri Benyamin Netanyahunun məlum məsələdən sonra Türkiyə ilə əlaqələrini normallaşdırmaq istəyi hələ ki, arzu olaraq qalacaq. SİA-nın xəbərinə görə, bu fikirləri keçmiş ABŞ Dövlət Departamentinin məsləhətçisi, eyni zamanda Avrasiya üzrə siyasi ekspert Aril Koen bildirib. Ekspert hesab edir ki, hazırda ABŞ administrasiyası Benyamin Netanyahunun Türkiyə ilə soyuq münasibətləri aradan qaldırmaq üçün etdiyi hər biri hərəkəti diqqətlə izləyir. Belə ki, Birləşmiş Ştatlar anlayır ki, Türkiyə və İsrail Ağ Evin qara gününə yarayan müttəfiqləridir və onlar arasında nifaq Asiya üzərində yeridilən siyasətə kölgə sala bilər. Hətta, Amerika tərəfi bilir ki, rəsmi Tel-Əviv "Mavi Mərmərə"də baş verən insidentdə zərər çəkən insanlara kompensasiya ödəməyə də hazırdır.

 

A.Koen deyir ki, İsrailin bu cəhdləri baş tutsa da Türkiyə bu dövlətlə siyasi və iqtisadi sferada kardinal dəyişiklik etmək fikrində olmayacaq: "Hazırda rəsmi Ankaranın siyasəti Yaxın Şərqdə, İslam liderləri arasında itmiş imicini yenidən bərpa etməkdir. Eyni zamanda bunun üçün İsrail ideal seçimdir. Çünki ərəb ölkələri ilə İsrail arasında olan münasibətlər hamıya bəllidir. Ona görə də tez və əhəmiyyətli effekt almaq üçün bu addımlar atılır. Türklər Qəzzanın blokada da saxlanılmasını pisləyir və eyni zamanda anti-İsrail bəyanatları ilə yüngülləşəmiş siyasətini ağırlaşdırır".

 

Ekspertin fikrincə Türkiyənin yeritdiyi bu cür yeni siyasət Cənubi Qafqaza da təsirsiz ötüşməyəcək. Belə ki, bu ilk növbədə rəsmi Bakının İsraillə münasibətlərində biruzə verəcək. Fakt ondan ibarətdir ki, Türkiyə və İran Azərbaycanla sərhəddir və ölkələr arasında mühüm strateji, iqtisadi əməkdaşlıq mövcuddur. Ehtimal ki, İsraillə Azərbaycan arasında münasibətlərin gələcəyi zəifləməyə düçar olub. Çünki bunda maraqlı olan böyük dövlətlər - Türkiyə və İran var: "Beynəlxalq aləmdə İsrailə yetirilən hər bir zərbə Türkiyə ilə İranın ürəyincə olur. Eyni zamanda İsrail dövlətinin hakim dairələrinin Azərbaycana rəsmi səfərləri hər iki dövləti dərindən fikirləşəməyə vadar edib. Əlbəttə, rəsmi Ankara və Tehran hazırda çalışırlar inkişaf edən Azərbaycanı İsraildən ayırsınlar. Münasibətləri dondursunlar".

Bütün xəbərlər Facebook səhifəmizdə