Cənubi Koreyada qasırğa olub, 2 nəfər ölüb

Cənubi Koreyada qasırğa olub, 2 nəfər ölüb

Cənubi Koreyada "Konq rey" qasırğası nəticəsində azı 2 nəfər ölüb, daha biri itkin düşüb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Fövqəladə Vəziyyətlərin Nəticələrinin Qarşısının Alınması və Aradan Qaldırılması Agentliyinə istinadən "Yonhap" nəşri məlumat yayıb.

Bildirilir ki, təbii fəlakətin qurbanlarından biri 66 yaşlı kişi olub. O, Kvancu şəhərində körpüdən keçərkən ölüb. Əvvəllər itkin düşmüş hesab edilən 83 yaşlı daha bir kişinin isə Seuldan 350 km cənubda meyiti tapılıb.

Qeyd olunur ki, itkin düşmüş bir nəfər şəxs 76 yaşlı kişidir. Onu Pxoxan şəhərində sel suları aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə