Avtobus qəzasında 15 nəfər ölüb Hindistanda

Avtobus qəzasında 15 nəfər ölüb Hindistanda

Hindistanın Cammu və Kəşmir ştatında mikroavtobus dərəyə aşıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində azı 15 nəfər həlak olub, 17 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılardan 10-nun vəziyyəti ağırdır. Onlar Cammu xəstəxanasına helikopter vasitəsilə çatdırılıb. Qeyd olunub ki, qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə