Tramp Sorosu təxribatçı adlandırıb

Tramp Sorosu təxribatçı adlandırıb

ABŞ prezidenti Donald Tramp ABŞ Ali Məhkəməsinin hakimi postuna təqdim etdiyi namizəd- Bret Kavanoya qarşı etiraz aksiyalarının keçirilməsində Sorosu ittiham edib. SİA xarici KİV-ə isitnadən xəbər verir ki, prezident milyarderin onlara pul ödədiyin düşünür.

Tramp Senatın liftində 2 qadının Respublikaçı senator Cef Fleykin seksual təzyiqlərinə üzləşməsi ilə bağlı ittihamları da kampaniyanın tərkib hissəsi adlandırıb. “Liftdə səs-küy qoparan qadınlar pulu ödənilmiş professionallardı. Onlara inanmayın! Həm də onların eyni professional metodlarına da diqqət edin. Bu şəxslərin pulunu Soros və digərləri ödəyir. Onlar təxribatçıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə