İnterpolun rəhbəri yoxa çıxıb

İnterpolun rəhbəri Men Hunvey yoxa çıxıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın Lion şəhər polisi artıq onun axtarışlarına başlayıb.

Sentyabrın 29-da Çinə səfər edən təşkilat rəhbəri artıq 1 həftədir ki, telefonlara cavab vermir. Onun itkin düşməsi barədə polisə şikayəti Lionda yaşayan həyat yoldaşı edib.

Xatırladaq ki, 2016-cı ildə 64 yaşlı Men Hunvey İnterpola rəhbər təyin edilib. O, buna qədər Çinin İctimai Təhlükəsizlik Nazirliyində çalışıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə