ABŞ prezidenti Donald Tramp ölkənin hərbi hava qüvvələri naziri Xizel Uilsonun yerinə başqa namizədlər axtarışındadır. SİA xəbər verir ki, bu barədə Foreign Policy jurnalı yazır. Jurnalın prezident admiinistrasiyasındakı mənbələrdən əldə etdiyi məlumata görə, Trampın Uilsondan narazı qalmasına səbəb onun kosmik qüvvələrin təsis edilməsi məsələsində uğur əldə etməməsidir.
Mənbələr qeyd edirlər ki, ABŞ prezidenti onu Konqresə seçkilər keçirildikdən sonra azad edəcək. Bu baxımdan, dəqiq vaxt bildirilməyib. Ehtimal var ki, Uilsonun yerinə respublikaçı konqresmen Mayk Rocers gələ bilər. O, Trampin əlahiddə kosmik alayı yaradılması təklifini dəstəkləyənlərdəndir.
Nəşr yazır ki, Trampın Uilsondan narazı qalmasına daha bir səbəb onun verilən tapşırıqları və qərarları gec yerinə yetirməsi, səhlənkarlığı və administrasiyanın fəaliyyətinə mane olmasıdır.
Qeyd edilir ki, 13 min insandan ibarət olacaq kosmik alayın aradılması 5 ilə tamamlanacaq və ölkə büdcəsinə 13 milyard dollara başa gələcək.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB