Ermənistanda yeni təyinatlar olub

Ermənistanda üç nazir vəzifəsinə yeni təyinat olub. SİA-nın verdiyi məlumata görə, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan fərman imzalayıb. Fərmana əsasən, fövqəladə hallar naziri vəzifəsinə Feliks Tsolakyan, enerji infrastrukturu və təbii sərvətlər naziri vəzifəsinə Qaregin Bəhramyan, nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri vəzifəsinə isə Hakop Arşakyan təyin olunub.

Qeyd edək ki, ötən gün Ermənistanda 6 nazir istefaya göndərilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə