Meksikanın Quayamas şəhərində (Sonora ştatı) cinayətkarlar polis əməkdaşlarını atəşə tutublar. SİA-nın məlumatına görə, cinayətkarlar ilk öncə polis maşınını atəşə tutublar və 3 polis əməkdaşını öldürüblər. Daha sonra hadisə yerindən qaçdıqları zaman onları silahsız yol polisi əməkdaşı saxlamağa cəhd göstərib və cinayətkarlar onuda güllələyib.
Məlumata əsasən, atışma məktəbə yaxın ərazidə və dərs vaxtı qutaran zamanda baş verib. Atışma məktəblilər və onların valideyinlərini təlaşa salıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB