Polşa prezidentinin avtomobil korteji qəza törədib

Polşa prezidentinin avtomobil korteji qəza törədib

Polşa prezidenti Anjey Dudanın avtomobil korteji 9 yaşlı oğlanın sürdüyü skuterlə toqquşub. “Report” RMF FM radiosuna istinadən xəbər verir ki, hadisə Osvensim şəhərində, polis şöbəsinin yaxınlığında baş verib.

Belə ki, yolu skuterlə keçmək istəyən uşaq kortejdəki maşınların birinə çırpılıb. Uşaq ağır xəsarət almasa da, dərhal xəstəxanaya çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə