DTK kartotekasının internetdə dərc olunması barədə qanun qəbul edidi - Latviyada

DTK kartotekasının internetdə dərc olunması barədə qanun qəbul edidi - Latviyada

Latviya Seymi Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sənədlərinin bu il internetdə dərc olunması barədə qanunu oktyabrın 4-də yekun oxunuşda qəbul edib. SİA xarici KİV-lərə istinadla xəbər verir ki, deputatların əksəriyyəti DTK kartotekasının dərc olunmasının lehinə səs verib.

“Qəbul olunmuş qanuna əsasən, agentura və ştatdankənar operativ əməkdaşların kartotekaları, DTK işçilərinin telefon kitabçaları, ştatdakı əməkdaşlar barədə informasiyalar və Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinin arxivlərdə olan təsvirləri dərc ediləcək”, - deyə Seymin rəyasət heyətindən bildirilib.

Totalitarizmin nəticələrinin sənədləşdirilmə mərkəzinə dekabrın 3-dək sənədləri Latviya Milli Arxivinə təhvil verməsi tapşırılıb. Sənədlər 2018-ci il dekabrın 31-nə qədər arxivin saytında dərc olunmalıdır. 2019-cu ilin mayından isə DTK-nın digər sənədlərinin internetdə yerləşdirilməsi planlaşdırılır.

Təhlükəsizlik polisinin rəhbəri Normund Mejviets DTK kartotekasının dərcinin Latviyanın milli təhlükəsizliyi üçün risk yarada biləcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə