Evlənmək üçün konsulluğa getdi, girov götürüldü

Evlənmək üçün konsulluğa getdi, girov götürüldü

Tanınmış ərəb yazıçı və siyasi fəal Səudiyyənin İstanbuldakı konsulluğuna gedən zaman orada girov götürülüb. Türkiyə mətbuatı xəbər verir ki, tanınmış səudiyyəli yazıçı, daha çox İxvanul-Müslimin tərəfdarı kimi tanınan siyasi fəal Camal Xaşqaçi ölkəsinin İstanbuldakı konsulluğuna gedib və daha sonra ondan xəbər çıxmayıb.

Tanınmış siyasi fəal son zamanlarda Səudiyyə Ərəbistanı hökumətini tənqid edən fikirləri ilə gündəmə gəlmişdi.

Məlumata görə Camal Xaşqaçi ötən gün Səudiyyənin İstanbuldakı konsulluğuna evlənməklə bağlı qeydiyyata düşmək üçün müraciət edib, lakin o bundan sonra oradan çıxamyıb.

Bəzi siyasi fəallar onun oradan Səudiyyəyə aparıldığını bildirir.

Türkiyə polisi siyasi fəalın konsulluğda yoxa çıxması və ya girov götürülməsi ilə bağlı iddialar əsasında istintaqa başlayıb.

Bu arada Səudiyyə Ərəbistanın rəsmi dövlət xəbər agentliyi VAS ötən gün bildirib ki, hökumət İnterpol vasitəsilə dələduzluqda ittihamlandırılan vətəndaşlardan birini ölkəyə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə