Fransa prezidenti Emmanuel Makron daxili işlər naziri Jerar Kollonun istefasını qəbul edib. SİA-nın verdiyi məlumata görə, bu barədə BFM TV telekanalı məlumat yayıb.
Bazar ertəsi axşam xəbər verilib ki, Kollon istefa ərizəsi yazıb, lakin Makron bunu qəbul etməyib.
Telekanalın məlumatına görə, Fransa prezidenti çərşənbə axşamı sonda Kollonun istefasını qəbul edib və baş nazir Eduar Filipdən yenisi təyin olunanadək gedən naziri müvəqqəti əvəzləməyi xahiş edib.
Bildirilir ki, çərşənbə günü Nazirlər Şurası Kollonun iştirakı olmadan keçiriləcək.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB