ABŞ-ın müttəfiqləri arasında nüfuzu aşağı düşüb

ABŞ-ın müttəfiqləri arasında nüfuzu aşağı düşüb

Donald Trampın rəhbərliyi müddətində ABŞ-ın müttəfiqləri arasında bu ölkəyə olan etibarlılıq əhəmiyyətli dərəcədə aşağı düşüb. SİA-nın xəbərinə görə, “Reuters” qəzetində qeyd edilib ki, Trampın Kanada və Almaniyaya hücumlarının artması ABŞ-ın dünyadakı rolu ilə bağlı təsvirinə xeyli ziyan vurub.

Aparılan araşdırmalar zamanı məlum olub ki, 2017-ci ildə böyük müvəffəqiyyətə imza atan Amerika Trampın hakimiyyətinin ikinci ili yəni 2018-ci ildə xüsusilə də Avropada etibarlılığını xeyli azaldıb.

Hazırda almanların yalnız 30%-i ABŞ-a müsbət münasibət göstərir. Bu rəqəm ötən ildən 5 faiz azalıb. Fransızların yalnız 38%-i, Kanadalıların isə yalnız 39%-i Birləşmiş Ştatlara müsbət münasibət göstərirlər.

Məlumata görə, 2017-ci ilin yanvarından Donald Tramp rəsmi olaraq ABŞ prezidentinin vəzifəsinə başladıqdan sonra birtərəfli olaraq beynəlxalq əməkdaşlıq formalarından imtina etməyə başlayıb. Bundan başqa o, Şimali Koreya və Rusiya liderləri ilə dostluq edərək NATO müttəfiqləri və ən yaxın qonşularını tənqid edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə