İranın cənub-qərbindəki Xuzistan-İsfahan təbii qaz boru kəmərində güclü partlayış baş verib. SİA İranın rəsmi mənbələrinə istinadən xəbər verir ki, Xuzistanın böhranların idarə edilməsi mərkəzinin baş direktoru Kiyumers Hacızadə Bağ Məlik şəhərində baş verən partlayış səbəbindən yaxınlıqda yaşayan sakinlərin təxliyə edildiyini bildirib.
Onun sözlərinə görə, boru kəmərindəki partlayış qaz sızıntısı səbəbindən baş verib. Hazırda insidentlə bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB