İndoneziya çalxalanmaqda davam edir QORXU

İndoneziya çalxalanmaqda davam edir QORXU

İndoneziyada baş vermiş güclü zəlzələ və sunami nəticəsində ölənlərin sayı daha da arta bilər. SİA-nın məlumatına görə, bu haqda euronews kanalı xəbər verir. Məlumata görə, xəbərdarlıq cihazları təkanların ardınca baş verən sunaminin yaxınlaşmasını qeydə almayıblar. Məhz zəlzələdən yarım saat sonra Meteorologia, iqlim və geofizika agentliyi sunami təhlükəsi xəbərdarlığını dəyişiblər. Nəticədə təbii fəlakətin nəticələri ağır sonluqla başa çatıb – 1200 nəfər ölüb, yüzlərlə insan isə yaralanıb.

Lakin xilasedicilər xəbərdarlıq edirlər ki, bu rəqəmlər sonuncu deyil, belə ki, onlar zərər çəkmiş digər rayonlara daxil ola bilməyiblər. Mütəxəssislərə görə, min nəfərə qədər insanların yaşadığı məntəqələr tamamilə dağıla bilər.

“Elektrik enerjisi, rabitə, hətta qaz belə yoxdur. Biz növbələrdə dayanmağa məcburuq ki, yanacaq və qida əldə edək, lakin onların da sayı məhduddur”, yerli sakin bildirib.

“Hazırda 200 min insan yardım ehtiyacındadır və onların dörddə birinin ümumiyyətlə getməyə yerləri qalmayıb. Çünki evləri tamamilə dağılıb. Ümumiyyətlə, kimlərin ki, evləri salamat qalıb, onlar da küçələrdə gecələməyə üstünlük verirlər. İnsanlar yeni təkanlardan və dağıntılardan qorxur və ehtiyat edirlər”, məlumatda bildirilir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə