ABŞ Bəsrədəki konsulluğunu bağlayır

ABŞ Bəsrədəki konsulluğunu bağlayır
ABŞ İraqın Bəsrə şəhərindəki konsulluğunu bağlayır. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert deyib.

O, Vaşinqtonun niyə belə qərar qəbul etdiyini açıqlamayıb: "Dövlət katibi Mayk Pompeo konsulluq əməkdaşlarının Bəsrəni tərk etməsi haqqında qərar qəbul edib. Bundan sonra ABŞ-ın Bağdaddakı səfirliyi Bəsrə əhalisi üçün konsulluq fəaliyyəti göstərəcək”.

Qeyd edək ki, sentyabrın 8-də Bəsrədəki ABŞ Konsulluğu hücuma məruz qalıb. Konsulluq ərazisinə minaatanlardan atəş açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB