Yaponlar dünyanı təəccübləndirməkdədirlər - Plastik elektromobil

Yaponlar dünyanı təəccübləndirməkdədirlər - Plastik elektromobil

Yapon tədqiqatçılar və mühəndislər qrupu tərəfindən tamamilə sintetik plastikdən elektromobil hazırlanıb. Yeni elektromobil sentyabrın 28-də Tokioda ictimaiyyətə təqdim edilib. Onun Nazirlər Kabinetinin rəhbərlik etdiyi innovativ texnologiyalar proqramı çərçivəsində hazırlandığı bildirilir.

Futuristik dizaynda hazırlanan elektromobilin uzunluğu təqribən 4 metrdir. Plastikdən olan innovativ hissələr korpusun 90 faizini təşkil edir. Elektromobil adi maşınlardan 40 faiz yüngüldür.

Mühəndislərin bildirdiyinə görə, avtomobilə lazımi möhkəmliyi vermək üçün bir neçə müxtəlif plastik növü qarışdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə