İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi İsrail Baş naziri Benyamin Netanyahunun Tehranda gizli nüvə təsisatlarının olması ilə bağlı iddialarının həqiqətə uyğun olmadığını bildirib.
Axar.az-ın məlumatına görə, XİN sözçüsü B.Netanyahunun bu yöndə olan açıqlamasını gülünc adlandırıb. “ABŞ və İsrailin yeni anti-iran ssenarisi baş tutmadıqdan sonra bu gülünc açıqlama və baş nazirin şousu gözlənilən idi. Baxmayaraq ki, bu açıqlama barədə danışmağa dəyməz, lakin biz bunu təkzib edirik”, - deyə Qasımi bildirib.
Qeyd edək ki, B.Netanyahu BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışı zamanı Tehranda gizli nüvə təsisatlarının, obyektlərinin olması ilə bağlı fotolara malik olduğunu bəyan etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB