7,4 bal gücündə dəhşətli zəlzələ

7,4 bal gücündə dəhşətli zəlzələ

İndoneziyanın Sulavesi adası yaxınlığında Rixter cədvəli ilə 6,1 bal gücündə zəlzələ baş verib. SİA-nın məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb.

Zəlzələnin episentri Palu şəhərindən 55 kilometr məsafədə qeydə alınıb.

Zəlzələdən sonra bir sıra afterşoklar qeydə alınıb ki, bunlardan ən güclüsü 7,4 bal gücündə olub.

Yeraltı təkanlardan sonra sunami xəbərdarlığı verilsə də, daha sonra bu xəbərdarlıq yığışdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə